
“Arsenal” Arrisabalaqanı transfer etdi
- 01 İyl 2025 19:00
- 135
"Arsenal" klubu İngiltərənin digər təmsilçisi "Çelsi"nin qapıçısı Kepa Arrisabalaqanı transfer edib.
Rekord.az xəbər verir ki, bu barədə London klubu məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmasa da, "Transfermarkt"ın məlumatına görə, anlaşma 2028-ci ilin yayına qədər nəzərdə tutulub. "Arsenal" ispaniyalı qolkiper üçün qarşı tərəfə 5 milyon avro ödəyib.
Arrisabalaqa 2024/25 mövsümündə "Bornmut"da icarə əsasında çıxış edib. O, 35 oyunda 43 qol buraxıb.