
Argentinalı futbolçu “İnter”in tarixinə düşdü
- 18:00
- 34
Argentinalı futbolçu Lautaro Martines İtaliyanın "İnter" klubunun tarixinə düşüb.
Rekord.az xəbər verir ki, hücumçu buna Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunun oyununda nail olub.
Forvard Çexiya təmsilçisi "Slaviya"ya qalib gəldikləri matçda dubl edib. O, Milan təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində yeddi fərqli mövsümdə qol vuran ilk oyunçu olub.
Qeyd edək ki, qarşılaşma "İnter"in 3:0 hesablı qələbəsi ilə bitib.