“Sevilya” növbəti transferini həyata keçirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi Lissabon “Sportinq”inin müdafiəçisi Markos Akunyanı heyətinə qatıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Argentina yığmasında 25-dən çox oyun keçirmiş Akunya, 2010-2107-ci illər aralığında ölkəsinin “Ferrokarril” və “Rasinq” klublarında forma geyinib. 2017-ci ildən isə o, “Sportinq”in uğurları üçün çalışırdı.