
“Araz-Naxçıvan”ın Yunanıstan klubu ilə oyunlarının başlama saatı açıqlandı
- 25 İyn 2025 16:40
- 50
"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"ə qarşı keçirəcəyi oyunların başlama saatı bəlli olub.
Rekord.az xəbər verir ki, iyulun 24-də, Bakıdakı Liv Bona Dea Arenada keçiriləcək matç saat 20:00-da start götürəcək.
Bu komandaların bir həftə sonra – iyulun 31-də Saloniki şəhərində keçiriləcək qarşılaşması isə yerli vaxtla saat 21:15-də (Bakı vaxtı ilə 22:15-də) başlayacaq.