
“Araz-Naxçıvan”ın rəqibindən növbəti transfer
- 24 İyn 2025 14:40
- 51
"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) heyətini portuqaliyalı mərkəz müdafiəçisi ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Saloniki təmsilçisi Pedro Alvaro ilə müqavilə imzalayıb.
O, Yunanıstan klubuna "Eştoril"dən (Portuqaliya) transfer olunub. Müqavilənin detalları haqqında ətraflı məlumat verilməyib.
25 yaşlı arxa xətt oyunçusu Portuqaliyanın U-20 millisində də çıxış edib.
Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Araz-Naxçıvan" ilk görüşü evdə, cavab matçını səfərdə keçirəcək.