“Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram Moldova millisinə çağırılıb. 


Rekord.az xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 


Avram baş məşqçi Sergey Kleşenkonun 27 oyunçudan ibarət komandasına dəvət edilib. O, iyunun 6-da keçiriləcək Polşa ilə yoxlama görüşündə və DÇ-2026-nın seçmə mərhələsində iyunun 9-da baş tutacaq İtaliya ilə matçda oynamaq şansı qazana bilər.


Avramın "Araz-Naxçıvan"la mövcud müqaviləsi iyun ayının sonuna qədərdir.