
"Araz Naxçıvan"ın stadion "oyun"u
- 15:00
- 76
"Araz Naxçıvan" uzun-uzadı tənqidlərdən sonra nəhayət, təmsil etdiyi Naxçıvana səfər etdi.
Lakin Rekord.az xəbər verir ki, bu dönüşün əbədi dönüşə dönüşməsi üçün qığılcım görünmür.
Baxmayaraq ki, klubdan hər dəfə açıqlama verilir ki, yaxın zamanlarda Naxçıvan stadionu təmirə bağlanacaq. İki ilə yaxındır bu "nağıl" danışılır, amma ortada bir şey yoxdur. Son deyilənlər də nağıldı. Əldə etdiyimiz məlumata görə, yaxın zamanlarda Naxçıvan stadionunda heç bir təmir-tikinti işləri aparılmayacaq. Ümumiyyətlə, bu stadionun əsaslı təmiri yalnız o halda mümkündür ki, dövlət proqramına salınsın və dövlət tərəfindən pul ayırılsın. Dövlət proqramına daxil edilməyincə, heç bir təmirdən söhbət gedə bilməz.