
“Neftçi”dən əsas mərhələdə ilk qələbə
- 21 Okt 2025 22:30
- 33
"Neftçi"nin basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsində ikinci oyununu keçirib.
Rekord.az xəbər verir ki, Bakıda Estoniyanın "Kalev" kollektivini qəbul edən "ağ-qaralar" 95:84 hesablı qələbə qazanıblar.
Qarşılaşma Bakı İdman Sarayında baş tutub.
"Neftçi" ilk matçında Polşada "Trefl"ə uduzub - 63:92. I qrupunun digər görüşündə "Abşeron Lions" sabah Bakıda "Trefl"lə üz-üzə gələcək.