“Bayern” baş məşqçisi Vensan Kompani ilə müqavilənin müddətini uzadıb.


Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


Belçikalı mütəxəssisin yeni sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.


Kompani 2024-cü ilin mayından "Bayern"də işləyir. O, ötən mövsüm bu komandanı Almaniya çempionu edib.