Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq "Araz Naxçıvan" heyətini gücləndirməklə də məşğuıdur.

Rekord.az xəbər verir ki, Naxçıvan təmsilçisi Premyer Liqa klublarının gəcn futbolçularının xidmətinə ehtiyac duyub.

Komandanın baş məşqçisi Azər Bağırovun saytımıza verdiyi məlumata görə, "Sabah"dan iki, "Sumqayıt" və "Səbail"in hərəsindən bir futbolçu heyətə qatılıb. Bundan başqa, "Region Liqası"nda oynamış 7-8 futbolçu da "Araz Naxçıvan"la müqavilə bağlayacaq. Bağırov seleksiya işlərinin davam edəcəyini bildirib.