
"Araz Naxçıvan" püşkatmaya nümayəndə göndərməyib
- 15:00
- 75
Bu yaxınlarda İsveçrənin Nyon şəhərində avrokubokların yeni mövsümünün püşkü atılıb.
Rekord.az xəbər verir ki, ölkəmizi Avropada təmsil edəcək "Qarabağ", "Sabah" və "Zirə" bu tədbirə nümayəndə göndərdiyi halda, "Araz Naxçıvan"dan heç kim İsveçrəyə yollanmayıb.
Naxçıvan klubu "Zirə"nin nümayəndəsi Elman Himayətoğlundan onları da təmsil etməyi xahiş edib. Əldə etdiyimiz məluma görə, Naxçıvan təmsilçisi texniki məsələləri vaxtında həll edə bilmədiyi üçün İsveçrəyə nümayəndə göndərə bilməyib.