
“Araz Naxçıvan” iranlı futbolçu ilə müqavilə bağlayacaq
- 08 İyl 2022 13:00
- 628
Növbəti mövsümdən I Divizionda mübarizə aparacaq “Araz Naxçıvan” transfer bazarının ən fəal komandalarlndan sayıla bilər.
Rekord.az xəbər verir ki, ölkə xaricindən də transferlər reallaşdıran Naxçıvan təmsilçisi seleksiya fəaliyyətini davam etdirir.
Komandanın baş məşqçisi Azər Bağırovun saytımıza verdiyi məlumata görə, türkiyəli Ege Atamanla artıq razılıq əldə olunub. Bundan başqa, düşərgədə baxışda olan iranlı futbolçu ilə bağlı da 1-2 günə qərarf veriləcək: “Çox güman ki, iranlı futbolçunu da komandada saxlayacağıq”.