
“Araz Naxçıvan” I Divizion üçün AFFA-ya müraciət edəcək
- 17 Mar 2022 12:00
- 829
“Araz Naxçıvan” növbəti mövsümdə I Divizionda oynamaq üçün AFFA-ya müraciət edəcək.
Rekord.az daha öncə də belə bir ehtimal haqda yazmışdıq.
Son günlər isə bununla bağlı əməli addımların atılmasına başlanılıb. Azər Bağırovu baş məşqçi postuna gətirən naxçıvanlılar Novruz bayramından sonra AFFA rəhbərliyi ilə görüşüb müzakirə aparmağı planlaşdırır.
Qeyd edək ki, “Araz” hazırda “Region Liqası”nda mübarizə aparır.