"Araz Naxçıvan" gələn mövsümdə də  ev oyunlarını Bakıda keçirəcək.

Rekord.az-a daxil olan məlumata görə, komanda rəhbərliyi artıq Mərdəkandakı "Liv Bona dea Arena" ilə ilkin razılığa gəlib.

Bunun səbəbi də odur ki, Naxçıvan stadionunda hansısa təmir işlərinin aparılması gündəmdə deyil və bu söhbət belə demək olarsa, bağlanıb.