Misli Premyer Liqasında 2024/25 mövsümünə yekun vurulub.

Rekord.az xəbər verir ki, çempionatın bombardiri “Qarabağ”ın futbolçusu Leandro Andrade olub. Portuqaliyalı yarımmüdafiəçi mövsümdə 15 qol vurub. 

O, ilk dəfə Premyer Liqanın bombardiri mükafatını qazanıb.

Ardıcıl 4-cü, tarixdə 10-cu dəfə “Qarabağ”ın futbolçusu Azərbaycan çempionatlarının ən məhsuldar oyunçusu olub. Ağdam klubu oyunçularının bombardirliyi sayında rekordçudur.

MÖVSÜMFUTBOLÇUKLUBQOL
1992Nazim Əliyev“Xəzər”39
1993Samir Ələkbərov“Neftçi”16
1993/94Musa Qurbanov“Turan”35
1994/95Nazim Əliyev“Neftçi”26
1995/96Rövşən Əhmədov“Kəpəz”23

Fazil Pərvərov“Kəpəz”23
1996/97Qurban Qurbanov“Neftçi”34
1997/98Nazim Əliyev“Dinamo”23
1998/99Alay Bəhramov“Viləş”24
1999/00Badri Kvaratsxeliya“Şəmkir”16
2000/01Paşa Əliyev“Dinamo-Bakılı”13
2003/04Samir Musayev“Qarabağ-Azərsun”20
2004/05Zaur Ramazanov“Karvan”21
2005/06Yakuba Bamba“Karvan”16
2006/07Zaur Ramazanov“Xəzər-Lənkəran”20
2007/08Xaqani Məmmədov”İnter”19
2008/09Valter Quqlemon“İnter”17
2009/10Fərid Quliyev“Standard”16
2010/11Georgi Adamiya“Qarabağ”18
2011/12Bahodir Nasimov“Neftçi”16
2012/13Nikolas Kanales“Neftçi”26
2013/14Reynaldo Silva“Qarabağ”22
2014/15Nurlan Novruzov“Bakı”15
2015/16Dani Kintana“Qarabağ”15
2016/17Filip Ozobiç"Qəbələ"11

Rauf Əliyev"İnter"11
2017/18Baqali Dabo"Qəbələ"13
2018/19Mahir Emreli“Qarabağ”16
2019/20Baqali Dabo"Neftçi"7

Mahir Mədətov“Qarabağ”7

Stiven Monroz"Neftçi"7

Peyman Babayi"Sumqayıt"7
2020/21Namik Ələskərov"Neftçi"19
2021/22Kadi Borqes“Qarabağ”12
2022/23Ramil Şeydayev“Qarabağ”22
2023/24Olavio Juninyo“Qarabağ”20
2024/25Leandro Andrade“Qarabağ”15