
Ançelotti Kazemironun qərarını şərh etdi
- 20 Avq 2022 15:46
- 449
"Real"ın baş məşqçisi Karlo Ançelotti Kazemironun "Mançester Yunayted"ə keçə biləcəyini təsdiqləyib.
Rekord.az xəbər verir ki, braziliyalı futbolçu yaxın günlərdə Mançesterə yollanmağa hazırlaşır.
Ançelotti isə Kazemironun seçiminə hörmətlə yanaşacaqlarını bildirib:
"Kazemiro ilə danışdım. O, yeni çağırış axtarışındadı. Biz onun qərarını anlayışla qarşılayırıq".
30 yaşlı futbolçu “Sao Paolo” yetirməsidi. O, 2013-cü ildən “Real”da oynayır.