
Amit Quluzadəyə 5 oyunluq cəza
- 16:20
- 40
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Birinci Liqanın 26-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İmişli” – “Baku Sporting” oyununun 71-ci dəqiqəsində “Baku Sporting” klubunun 20 nömrəli futbolçusu Əli Mürsəlov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Baku Sporting” klubu 50 manat cərimə edilib.
“İmişli” – “Baku Sporting” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilib.
“İmişli” – “Baku Sporting” oyununda “Zona A”da akkreditasiyası olmayan şəxslər olduğuna görə “İmişli” klubu 50 manat cərimə edilib.
MOİK – “Mingəçevir” oyununda MOİK klubunda 6 nəfər sarı vərəqə aldığı üçün MOİK klubu 70 manat cərimə edilib.
MOİK – “Mingəçevir” oyunu bitdikdən sonra “Mingəçevir” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Mingəçevir” klubu 150 manat cərimə edilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunda 4 nəfər sarı vərəqə aldığı üçün “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Qaradağ Lökbatan” klubunun məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalanıb, “Qaradağ Lökbatan” klubu 400 manat cərimə edilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.
“Karvan” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilib.