Amit Quluzadə son olaraq Avstriyada legioner həyatı yaşayıb.

Rekord.az xəbər verir ki, həvəskar “Ştadl Paura” ilə müqaviləsinin müddəti başa çatandan sonra vətənə dönən yarımmüdafiəçi klub axtarışında idi.

Bunu nəzərə alıb onunla əlaqə saxladıq. Quluzadə “Football-plus.az” saytına açıqlamasında yenidən ölkə xaricində çıxış edəcəyini söylədi:
 

“Hazırda danışıqlar gedir. Karyeramı ölkə xaricində davam etdirəcəm. Hansı ölkəyə gedəcəyimi hələ demək istəmirəm. Ümid edirəm ki, növbəti həftə keçidim dəqiqləşəcək. Legioner həyatı yaşamaq istəyirdim. Məni hər şey qane edir, hər şey ürəyimcədi”.