Türkiyə mətbuatında “Hatayspor”un "Sabah"ın futbolçusu Amin Seydiyevlə maraqlanması haqda məlumat yayılmışdı.

Rekord.az xəbər verir ki, türkiyəli həmkarlarımız hətta Seydiyevin Türkiyə çempionatında oynamaq şansını heç də aşağı qiymətləndirməmişdi.

Lakin saytımızın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, "Sabah" klubu Amini heç yerə buraxmaq fikrində deyil. “Hatayspor”dan, ümumiyyətlə, hər hansı təklif gəlməyib. Gəlsə belə, onlara "yox" deyiləcək.