Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin üzvü Şəfaqət Alışanova Macarıstan çempionatında növbəti oyununa çıxıb. "Rekrod.az" xəbər verir ki, oyunqurucumuzun formasını geyindiyi "Mav Elore" 7-ci turda "Bekescsaba" klubu ilə üz-üzə gəlib.

Görüş voleybolçumuzun komandası üçün pis keçib. 3 set davam edən matçda Şəfaqət və rəfiqələri quru hesablı məğlubiyyətlə barışmalı olublar - 0:3 (20:25, 9:25, 17:25).

Komandasının rəqibə ciddi müqavimət göstərə bilmədiyi qarşılaşmada yığmamızın toppaylayıcısı əvəzetmə ilə oynayıb. Alışanova meydanda olduğu müddətdə xal qazanmayıb.