Voelybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Şəfaqət Alışanova Macarıstan birinciliyində növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, toppaylayıcımızın komandası "Mav Elore" 4-cü turda "UTE"-nin qonağı olub. 

Voleybolçumuzun komandası görüşə yaxşı başlayıb. İlk setdə qələbə qazanan Şəfaqət və rəfiqələrinin təəssüf ki, bundan artığına gücləri çatmayıb və ardıcıl 3 hissədə uduzublar. Beləliklə, 4 set davam edən matçda oyunqurucumuzun komandası 1:3 (25:19, 23:25, 19:25, 19:25). 

"Mav Elore"nin xalsız qaldığı qarşılaşmada voleybolçumuz əvəzetmə ilə oynayıb. Alışanova meydanda olduğu müddətdə 1 dəfə hücumda fərqlənib.