Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçin milli komandamızla bağlı fikirlərini bölüşüb. "Rekord.az" xəbər verir ki, qurum rəhbəri federasiyanın mətbuar xidməti ilə söhbətində komandamıza uğurlar arzulayıb. 

"İlk olaraq Azərbaycana təşəkkür etmək istəyirəm ki, Avropa çempionatına gözəl komanda çıxarıb. İnanıram ki, komandanız növbəti qarşılaşmalarda daha yaxşı oyun göstərəcək. Azərbaycan millisinə qarşıdakı oyunlarda uğurlar arzulayıram".