AHF rəsmisi Avropa çempionatı matçına təyinat aldı
- 06 Yan 2026 13:00
- 67
Azərbaycan Həndbol Federasiyasının (AHF) İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov təyinat alıb.
Bu barədə Rekord.az-a AHF-dən məlumat verilib.
Təcrübəli mütəxəssis kişi həndbolçular arasında AVRO-2028-in seçmə mərhələsinin Bolqarıstan - Türkiyə görüşündə Avropa Həndol Federasiyanın nümayəndəsi olacaq.
Yanvarın 7-də Şumen şəhərində keçiriləcək matçı rumıniyalı hakimlər briqadası idarə edəcək.