AHF Hakimlər Kollegiyasının növbəti iclası baş tutub
- 03 Noy 2025 17:40
- 57
Azərbaycan Həndbol Federasiyasının Hakimlər Kollegiyasının növbəti iclası baş tutub.
Rekord.az xəbər verir ki, Kollegiya üzvləri və nümayəndələrin iştirak etdiyi toplantıda yeni mövsümdə hakimlərin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.
Qarşıdakı dövrdə seminar və təlimlərin təşkili, eləcə də regionlarda keçiriləcək yarışların planlaşdırılması barədə fikir mübadiləsi aparılıb.
Tədbirdə həmçinin Beynəlxalq Həndbol Federasiyası tərəfindən təsdiqlənmiş yeni oyun qaydaları təqdim olunub və onların tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb. İclasın sonunda kollegiya üzvlərinin təklif və rəyləri dinlənilib, gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilib.