Ağsuda voleyvol yarışı keçrilən zalın durumu diqqət çəkdi FOTOLAR
- 15:15
- 38
Ağsu şəhər 1 nömrəli məktəb-liseyin idman zalında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Ağsu rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında voleybol üzrə Ağsu rayon turniri keçirildi.
Rekord.az xəbər verir ki, turnirin qalibi adı uğrunda ümumilikdə 16 məktəb komandası mübarizəyə qoşuldu.
İki gün davam edən yarış aşağıdakı kimi nəticələndi:
1-ci yer - A.Nadirov adına 1 nömrəli məktəb-lisey
2-ci yer - 3 nömrəli tam orta məktəb
3-cü yer - M.Kərimov adına Növcü kənd tam orta məktəbi.
Sonda qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırıldı. Maraqlıdır ki, yarışın keçirilməsində məqsəd voleybol idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliği olsa da, yarışın keçirildiyi zalın təmirsiz olması diqqət çəkib. Divarlar nəm çəkib. Taxta polun isə həm köhnəliyi, həm də rənginin silinməsi diqqətdən qaçmayıb. Bu cür təmirsiz, nəm çəkən zalda yarış keçirmək isə qəbuledilməzdi. Ən azı kosmetik təmir olsa, çox yaxşı olar.