Azərbaycan cüdoçuları Özbəkistanın paytaxtı Daşkənddə "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər.


Rekord.az xəbər verir ki, yarış Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən fevralın 27-dən martın 1-dək baş tutacaq.


Turnirdə kişilərdən ibarət yığma baş məşqçi Riçard Trautman, böyük məşqçilər – Elçin İsmayılov, Robert Kravçik, qadınlardan ibarət milli isə baş məşqçi Amina Abdellatif və məşqçi İmarverdi Məmmədovun başçılığı altında 12 çəki dərəcəsində 19 cüdoçu (12 kişi, 7 qadın) ilə təmsil olunacaq.


Üç gün davam edəcək yarışda 40 ölkədən 380 idmançı (213 kişi, 167 qadın) mübarizə aparacaq.


Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.


Heyəti təqdim edirik:


Kişilər


60 kq


Əhməd Yusifov


Balabəy Ağayev


66 kq


Nizami İmranov


Turan Bayramov


73 kq


Kamran Süleymanov


Hidayət Heydərov


81 kq


Ömər Rəcəbli


90 kq


Murad Fətiyev


100 kq


Zelim Kotsoyev


Əjdər Bağırov


+100 kq


Camal Qamzatxanov


Kənan Nəsibov


Qadınlar


48 kq


Könül Əliyeva


Şəfəq Həmidova


52 kq


Aydan Vəliyeva


Leyla Əliyeva


63 kq


Fidan Əlizadə


70 kq


Südabə Ağayeva


+78 kq


Madina Kaisinova