"Neftçi"dən möhtəşəm addım! - Banişevskinin 9 nömrəsi əbədiləşdirildi!
- 20:31
- 37
"Neftçi" Peşəkar Futbol Klubu əfsanəvi Anatoli Banişevskinin xatirəsinin yad edilməsi yolunda möhtəşəm addım atıb. Klub onun daşıdığı 9 nömrəli formanı əbədiləşdirib. Bundan sonra heç vaxt heç bir futbolçu bu nömrə altında oynamayacaq.
Klub bu barədə açıqlama yayıb. Onu olduğu kimi sizə təqdim edirik:
O, 16 il ərzində bu nömrəni şərəf və sədaqətlə geyindi. Bu formanı heç nəyə dəyişmədi. Bu nömrə altında saysız-hesabsız qələbə qolu vurdu, “Neftçi” adını yüksəklərə daşıdı. Bundan sonra da “Neftçi”nin 9 nömrəli forması əbədiyyətə qədər Anatoli Banişevskinin olacaq.
“Neftçi” Peşəkar Futbol Klubunun qərarı ilə, 2026/27 mövsümündən etibarən komandanın 9 nömrəli forması fevralın 23-də anadan olmasından 80 il ötən unudulmaz Anatoli Banişevskinin xatirəsinə əbədiləşdirilir.
Bu, fəaliyyətdə olduğu 89 il ərzində Azərbaycan futbolunu hər zaman irəli aparmış “Neftçi”yə, onun şanlı tarixinə, formasını geymiş yüzlərlə futbolçuya əfsanəvi Anatoli Banişevskinin simasında sərgilədiyimiz hörmətdir.