Azərbaycan boksçusu Səidcəmşid Cəfərov (75 kq) dünya yığmasının heyətində döyüşəcək.


Bu barədə Rekord.az-a Boks Federasiyasından məlumat verilib.


Azərbaycan millisinin üzvünün "Dinamo"ya (Rusiya) qarşı baş tutacaq görüşdəki rəqibi Yeqor Şapoçanski olacaq.


Qeyd edək ki, döyüş Moskvada keçiriləcək.