Zədəsini sağaldan Süleymani niyə "Sumqayıt"a kömək edə bilmir? - ÖZƏL!
- 11:00
- 43
1.5 ildir dizindəki zədə səbəbindən futboldan uzaq qalan "Sumqayıt"ın müdafiəçisi İsa Sülimani artıq bir müddətdir ki, slraya dönüb və kollektiv məşqlərdə iştirak edir.
Lakin Rekord.az xəbər verir ki, pakistanlı futbolçu hələ də oyunlarda iştirak edə bilmir.
Bəs görəsən zədəsini tam sağaldan və oynaması üçün problem olmayan futbolçu niyə komandasına kömək edə bilmir? Məsələ burasındadır ki, meydançaya nə zaman dönəcəyi məlum olmadığı üçün "Sumqayıt" İsanın adını iştirak ərizəsinə daxil etməyib. Əslində indi də bunu etmək olar. Amma bir məsələ var ki, bunun üçün 100 min manat rüsum ödəmək lazımdı. Çünki "Sumqayıt" sifariş limitini doldurub. İndiki halda Sülimani limiti aşmış futbolçu sayılacaq və qanunla 100 min rüsum ödənilməsi normaldı. "Sumqayıt" isə hələ ki, buna ehtiyac görmür. Müdafiədə cəza və zədə ilə bağlı ciddi durum yaranmsa, ehtiyac da görməyəcək. Bu isə o deməkdir ki, İsa yalnız növbəti mövsümdən "Sumqayıt"a kömək edə biləcək.