Ağsu şəhər Aslan Nadirov adına 1 nömrəli məktəb liseydə Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin və Ağsu rayon Uşaq - Gənclər İdman - Şahmat Məktəbinin birgə təsis etdiyi əsasnaməyə uyğun olaraq, eləcə də, Ağsu rayon üzrə gənclər və idman sektorunun və Ağsu rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə "27 Sentyabr - Anım Günü" ilə əlaqədar məktəbli oğlanlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, ilk öncə Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra yarışa start verildi.

Birincilikdə qaliblər aşağıdakı kimi müəyyən edilib:

I yer - Pirhəsənli kənd tam orta məktəbin komandası

II yer - Ağsu şəhər 4 saylı tam orta məktəbin komandası

III yer - Aslan Nadirov adına 1 nömrəli məktəb liseyin komandası

III yer - 3 saylı tam orta məktəbin komandası

Qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin diplomları ilə mükafatlandırılıb.