"Orta əsr Ağsu şəhəri" Tarix - Mədəniyyət Qoruğunda Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin, Ağsu rayon Təhsil sektorunun və "Orta əsr Ağsu şəhəri" Tarix - Mədəniyyət Qoruğunun birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq Ağsu rayon üzrə gənclər və idman sektorunun və Ağsu rayon UGİŞM - nin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş məktəbli gənclər arasında voleybol idman növü üzrə rayon turniri keçirildi.

Rekord.az xəbər verir ki, ilk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Turnirin keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin 100 ilik yubleyini yüksək səviyyədə qeyd etmək, gənclərdə Vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, eləcə də, məktəblilər arasında sağlam həyat tərzinin təbliğ edilməsindən ibarət olmuşdur.

Yarışda I yeri Pirhəsənli kənd tam orta məktəbin;

II yeri şəhər 4 saylı tam orta məktəbin;

III yerləri isə Aslan Nadirov adına Ağsu şəhər 1 nömrəli məktəb - liseyin və Ağsu UGİŞM - nin komandaları tutublar.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən kupok, diplom və medallarla təltif olundular.