Ağsu şəhər 3 saylı tam orta məktəbin idman zalında "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo idman növü üzrə Vüqar Kərimovun rəhbərliyi altında məşğələ keçirildi.

Rekord.az xəbər verir ki, məşğələnin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, uşaq, yeniyetmə və gənclərin zərərli vərdişlərdən çəkindirilməsi və taekvondo idman növünün təbliğindən ibarət olmuşdur.