Ağsuda futbol turniri
- 17:45
- 31
Ağsu şəhər A.Nadirov adına 1 nömrəli məktəb-liseydə Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun və Ağsu Hilal FK-nun birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin 2013 - 2014-cü il təvəllüdlü oğlanlardan ibarət komandaları arasında futbol üzrə Ağsu rayon turnirinin yarımfinal oyunları keçirildi.
Rekord.az xəbər verir ki, günün oyunları aşağıdakı kimi nəticələndi:
A. Nadirov adına 1 nömrəli məktəb-lisey - M.Musayev adına İlxıçı kənd məktəbi 6:1
3 nömrəli tam orta ümumtəhsil məktəbi - M. İsmiyev adına Ərəbuşağı kənd tam orta ümumtəhsil məktəbi 7:1