Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Ağsu İdman Kompleksində "Cüdo hamı üçün" devizi altında master klass keçirilib.

Rekord.az xəbər verir ki, tədbir gənclərin asudə vaxtlarının səmərəli təşkili, gənclər arasında sağlam həyat tərzinin təbliği məqsədilə keçirilmişdir.

Tədbir zamanı iştirakçılara cüdo idman növü haqqında geniş məlumat verilmiş, və müxtəlif idman hərəkətləri nümayiş etdirilmişdir.