Ağstafa "Tir atıcılığı" klubunda Ağstafa rayonu üzrə gənclər və idman sektorunun və Ağstafa təhsil sektorunun birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında "Konstitusiya və Suverenlik ili" nə həsr olunmuş pnevmatik silahdan güllə atıcılığı üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən turnirin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları ilə təltif olunublar.

Turnirdə 31 nəfər yeniyetmə və gənc iştirak edib.