Növbəti mövsümdən əvəzedicilərin liqasının ləğvi gündəmdədir.

Rekord.az xəbər verir ki, bəzi klublar hazırkı əvəzedici komandalarını dağıtmamaq üçün həmin futbolçuları farm klub formatında başqa komandada oynatmağı düşünür.

Əldə etdiyimiz məlumata görə, "Sabah" klubu bu məqsədl növbəti mövsüm II Liqada oynamaq ehtimalı olan "Ağstafa Gəncləri" ilə əməkdaşlıq etməyi düşünür. Yəni Ağstafa təmsilçisi "Sabah"ın farm klubu olaraq, yeni mövsümdən II liqada oynaya bilər. Paytaxt klubunun əvəzedici heyətinin futbolçuları da oyun praktikasını saxlamaq üçün Ağstafaya göndəriləcək. Bu məsələ hələ təsdiqlənməsə də, gündəmdədir.