Maddi sıxıntı çəkən “Səbail”in növbəti mövsümdə də Premyer Liqada çıxış edəcəyinin təsdiqlənməsi haqda məlumat vermişdik.

Rekord.az-a daxil olan məlumata görə, baş məşqçi məsələsinə də böyük ölçüdə aydınlıq gəlib.

Belə ki, hazırkı baş məşqçi Aftandil Hacıyev rəhbərliyin yeni müqavilə təklifinə müsbət cavab verib. Düzdür, hələlik tərəflər arasında rəsmi razılıq yoxdur. Amma böyük ölçüdə mövsümün sonuna kimi bu razılıq da olacaq.