
Aftandil Hacıyev istefa verib?
- 23 May 2022 18:55
- 694
"Səbail" baş məşqçisi Aftandil Hacıyevlə yolları ayırmasına dair məlumat yayılıb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin 40 yaşlı mütəxəssislə müqaviləyə xitam verdiyi deyilir.
Səbəb isə 10 gün öncə müqavilə bağlayan tərəflərin gələcək planlarla bağlı müzakirələrdə fikir ayrılığı yaşaması olub.
Hələki klub və baş məşqçi sözügedən xəbəri təsdiqləməyib.