Məlum olduğu kimi, növbəti mövsümdən Premyer Liqada komanda sayı artırılaraq 12-ə çatdırılacaq.

Rekord.az xəbər verir ki, komanda sayının artımı həm də oyun sayının artımı anlamına gəlir.

Belə olan halda, maraqlıdır, VAR maşınları baxımından sıxıntı yaşanmayacaq ki? Sualımızı AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədova ünvanladıq. O, bu məsələdə heç bir problemin olmayacağını bildirdi: "VAR mərkəzimiz demək olar ki, hazır olmaq üzrədir. Yaxın günlərdə təhvil-təslim işləri olacaq və növbəti mövsümdən VAR mərkəzi hazır şəkildə fəaliyyət göstərəcək. Bundan sonra bir gündə 4 oyun - ikisi Bakıda, ikisi rayonlarda, vermək mümkün olacaq. İki VAR maşınımız var və VAR mərkəzi açıq olandan sonra rahat şəkildə 4 oyunu vermək olur. Qısası, VAR baxımından heç bir sıxıntı olmayacaq".