Gəncədə "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadədən narazılıqlar pik həddə çatsa da, sözügedən məşqçini kluba təyin edən AFFA hansısa dəyişiklik haqda düşünmür.

Rekord.az-a bununla bağlı maraqlı məlumat daxil olub.

Belə ki, federasiyadan 62 yaşlı məşqçiyə əminliklə deyilib ki, qalıb işinə davam etsin və azarkeşlərin "istefa" tələbini çox da ürəyinə salmasın. Yəni, səni ora biz təyin etmişik, bizim də göndərmək fikrimiz yoxdur.