
AFFA "Turan Tovuz"un büdcəsini artırdı ÖZƏL!
- 23 May 2022 12:00
- 1246
AFFA "Turan Tovuz" üçün nəzərdə tutduğu 500 minlik büdcəni artırıb.
Rekord.az-a etibarlı mənbədən daxil olan məlumata görə, əlavə maliyyə mənbəyinin olmadığını görən federasiya bu büdcə ilə Premyer Liqada oynamağın mümkünsüz olduğunu görüb əlavə vəsait üçün SOCAR-a ağız açıb.
Məhz bundan sonra büdcənin 500 mindən `1.5 milyon manata qaldırılmasına qərar verilib.