AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçiları üçün kurs keçirilir.


Rekord.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.


İlk gündə iştirak edən AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə iştirakçılara uğurlar arzulayıb.


Kursa iyulun 4-də yekun vurulacaq.