AFFA-nın Kütləvi Futbol departamentinin mütəxəssisi Orxan Mikayıllı vətən müharibəsində iştirak edib və iki medalla təltif edilib.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın “facebook” səhifəsi məlumat yayıb.

Xəbərdə, Mikayıllının Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğu bildirilib.