Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib. 

Rekord.az xəbər verir ki, AFFA-nın mətbuat xidməti iclasdakı qərarları açıqlayıb.

Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müddəti sona çatan müqavilə artırılmasın.

2. Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd məşqçilərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu yaradılsın.