Azərbaycan millisinin sabiq həkimi Naib Abdulla maraqlı və kifayət qədər şok effekti yaradan açıqlama ilə yadda qalıb.

 

Rekord.az xəbər verir ki, Naib bəy özünü feysbuk hesabında AFFA-nın "dərman şəbəkəsi" haqda yazıb.

 

Həkimin sözlərinə görə, vaxtı ilə "Avromed" dərman şirkəti ilə əməkdaşlıq edən AFFA milli komandalar üçün bütün dərman preparatlarını bu şirkətdən alırmış. Dərmanlar guya ki topdansatış qiymətinə alınırmış. Halbuki həmin dərmanların apteklərdə pərakəndə satış qiymətləri AFFA-nın "Avromed"dən topdansatış adı ilə aldığı qiymətlərdən iki dəfə ucuzdur. Bu isə o anlama gəlir ki, federasiya sözügedən şirkətdən adi bazar qiymətindən iki dəfə baha qiymətə dərman almaqla büdcəni talayırmış.