“FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Syerra Leone oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə AFFA-nən mətbuat xidməti məlumat yayıb.


29 mart

 

Syerra Leone milli komandası

18:00. Mətbuat konfransı (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

19:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq ("Kapital Bank Arena")

 

Azərbaycan milli komandası

18:30. Mətbuat konfransı (“Dalğa Arena”)

19:15. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq (“Dalğa Arena”)