
AFFA millimizin beynəlxalq turnirdə iştirak edəcəyini təsdiqlədi
- 21 Yan 2022 17:30
- 541
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 3-dən 14-dək Belarusun paytaxtı Minskdə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.
Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Millimiz fevralın 6-də Qırğızıstan, 7-də Belarus, 9-da Qazaxıstan, 10-da isə Tacikistan komandası ilə qarşılaşacaq. Qrup oyunlarından sonra millimiz digər qrupda müvafiq mövqedə yer alan komanda ilə üz-üzə gələcək.