Səfərdə Kipr millisini məğlub edən Azərbaycan millisinin üzvlərinə mükafatlar paylanıb.

Rekord.az xəbər verir ki, öncədən hər futbolçuya 15 min manat mükafat nəzərdə tutulmuşdu.

Lakin sonradan AFFA rəhbərliyi bunun üzərinə daha 5 min manat gəlib. Beləliklə, oyunda forma geyinən hər bir futbolçu Kipr qələbəsinə görə, 20 min manat mükafat alıb.