
AFFA komanda sayı ilə bağlı qərarını nə vaxt açıqlayacaq?
- 11 Apr 2022 17:00
- 649
2021/22 mövsümü həlledici mərhələyə qədəm qoyub.
Rekord.az xəbər verir ki, indi hamını maraqlandıran suallardan biri də premyer-liqaya hansı klubların vəsiqə qazanacağıdı?
AFFA 2022/23 mövsümündə elitada 10 komandanın olacağını təsdiqləyib. Amma bunun hansı klublar olacağı hələ də məlum deyil. Əsas namizədlər "Kəpəz"lə "Turan Tovuz"dusa, "Zaqatala"nın da adı hallanır. AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədovu dinləyək:
"Yəqin ki, bu məsələ ilə bağlı mayın ilk yarısında qərar qəbul olunacaq". ("Futbol plus")