Premyer Liqa və l Divizionda çıxış edən klubların nümayəndələri üçün Lisenziyalaşdırma qrupunun 2021-22-ci il lisenziyalaşdırma mövsümünün videokonfrans formatında açılış iclası keçirilib.

Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda bəzi mövzular haqqında ətraflı məlumat verilib:

- Paket sənədlərdə və Lisenziyalaşdırma üzrə qaydalarda baş vermiş dəyişikliklərlə bağlı məlumat

- Ötən mövsümün icmalı

- Lisenziyalaşdırma qrupunun mövsüm ərzində planlaşdırılmış tədbirlər haqqında məlumatı

İclasın sonunda Lisenziyalaşdırma qrupunun əməkdaşları klub nümayəndələrinin suallarını cavablandırıb.